İlaxır çərşənbədə Novruz bayramına həsr olunmuş "Novruz gəlir, yaz gəlir!" adlı tədbir keçirildi.

Xətai rayonu 27 nömrəli tam orta məktəbdə 14.03.2023-cü il tarixində, İlaxır çərşənbədə Novruz bayramına həsr olunmuş "Novruz gəlir, yaz gəlir!" adlı tədbir keçirildi. Tədbir Novruzun bayramının rəmzləri olan Bahar qız, Kosa və keçəlin duzlu məzəli söhbətləri ilə başladı. Məktəbin 9 B sinif qızları Novruzun adət- ənənələrindən ibarət səhnəciklər və Su, Od, Yel , Torpaq çərşənbəsi haqqında tədbir iştirakçılarına məlumat verdilər.5 B sinif şagirdlərinin ifasında "Novruz gəlir, yaz gəlir!" adlı mahnı ifa olundu. Şagirdlərimiz tədbiri öz rəqsləriylə daha da şənləndirdilər. Məktəbin direktoru Könül xanım Həsənova müəllim və şagirdləri bayram münasibətilə təbrik etdi, onlara gələcək həyatlarında uğurlar arzu etdi. Sonda tədbir iştirakçıları Yallı gedərək dövrə vurdular.

Novruz hər kəsə bolluq, bərəkət və sevinc gətirsin.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi