27 nömrəli tam orta məktəbdə idman həftəsində Yunan-roma güləşçisi, Taleh Məmmədov ,Güləş üzrə Avropa çempionatının medalçısı Cəbrayıl Həsənov və sərbəst güləş üzrə Azərbaycan çempionu Qəni Qəniyev qonaq olmuşlar.

27 nömrəli tam orta məktəbdə idman həftəsi çərçivəsində Yunan-roma güləşçisi, 2022-ci ildə Serbiyanın paytaxtı Belqradda keçirilən Güləş üzrə Dünya çempionatında 63 kq çəki dərəcəsində bürünc mükafatçısı Taleh Məmmədov , Güləş üzrə Avropa çempionatının gümüş və bürünc medalçısı, Azərbaycan güləşçisi, Sərbəst güləş üzrə 74 kq çəki dərəcəsində Yay Olimpiya oyunlarının bürünc medalçısı Cəbrayıl Həsənov və sərbəst güləş üzrə Azərbaycan çempionu olan, Beynəlxalq turnirlərin qalibi, Qəni Qəniyev qonaq olmuşlar. İdmançılar şagirdlərimizlə idman sahəsində qazandığı uğurları , məqsədlərinə, hədəflərinə necə çatdıqları barədə söhbət apardılar. Şagirdlərimiz də idmanda qazandığı nəaliyyətləri ilə bölüşdülər.İdman həftəsində fəal iştirak edən və qalib olan şagirdlərimiz məktəb rəhbərliyi tərəfindən təltif edildilər. Tədbirin sonunda şagirdlərimiz, idman həftəsində səylə çalışan , xüsusi fəallıq göstərən idman müəllimlərimiz və məktəb rəhbərliyi xatirə şəkli çəkdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi