Xətai rayonu 27 nömrəli tam orta məktəbdə Xocalı faciəsinə həsr olunan tədbir keçirilib
Xətai rayonu 27 nömrəli tam orta məktəbdə Xocalı faciəsinə həsr olunan tədbir keçirilib
- - - - -
IX B sinif rəhbəri,Azərbaycan dili və ədəbiyyatı müəllimi Könül Əsədovanın təşkilatçılığı "Xocalı soyqırımı - əsrin faciəsidir!" adlı tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
İlk olaraq Xocalıda qətlə yetirilmiş dinc əhalinin, eyni zamanda şəhid olmuş vətən övladlarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxlş edən məktəbin direktoru Könül Həsənova Xocalı soyqırımının 31-ci ildönümü və bu faciənin dünya miqyasında geniş tanıtımı, müstəqilliyimizin bərpası və torpaqlarımızın işğaldan azad olunması haqqında çıxış edib.
Daha sonra Xocall faciəsində qəhrəmanlıq gösrərən Milli Qəhrəman Yalçın Əsədovun bacısl Könül Əsədova çıxış edərək,Xocalı faciəsində dinc əhalinin amansızlıqla qətlə yetirilməsindən danışıb, həmçinin Xocalı faciəsinin gələcək nəsillərə ötürülməsində mütəmadi olaraq belə tədbirlərin təşkilinin əhəmiyyətini qeyd edib.
Sonda "Xocalı soyqırımı - əsrin faciəsidir!" mövzusunda şagirdlərin hazırladıqları ədəbi bədii kompozisiya nümayiş olundu.