2Ç sinif şagirdləri sinif müəllimi Afət Baxşıyeva ilə birlikdə Milli İncəsənət Muzeyində qonaq oldular.
Xətai rayonu 27 nömrəli tam orta məktəbdə 2Ç sinif şagirdləri sinif müəllimi Afət Baxşıyeva ilə birlikdə Milli İncəsənət Muzeyində qonaq oldular.Çox maraqlı asudə vaxt keçirən şagirdlər öyrəndilər ki, Azərbaycan Milli İncəsənət Muzeyində 17.000 artıq sənət abidəsinin mühafizə edildiyi xəzinədir və Muzeyə ilk eksponatlar ekspedisiyalar zamanı və əhalidən satın alınma yolu ilə toplanıb.
Muzeyi ekskursiya edən şagirdlər “Öz dünyanı yarat”adlı ustad dərslərində iştirak etdilər.Muzeydən zəngin təəssüratlarla ayrılan balacalar buna görə Afət müəllimə təşəkkür etdilər.