"20 Yanvar -qanlı və saylı yaddaşımız.!"
Xətai rayonu 27 nömrəli tam orta məktəbdə 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planına əsasən "20 Yanvar -qanlı və saylı yaddaşımız.!" adlı ədəbi-bədii kompozisiya keçirildi. Tədbirdə şeirlər səsləndi,bayatılar deyildi.Senedli kadrlar nümayiş olundu.
6B sinif şagirdlərinin iştirakı ilə təşkil olunan tədbirdə məktəbin direktoru Könül xanım Həsənova çıxış edərək şagirdlərin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasında belə tədbirlərin məktəbdə təşkil olunmasının əhəmiyyətindən söhbət açdı.
Allah bütün şəhidlərimizə rəhmət eləsin