Xətai rayonu 27 nömrəli tam orta məktəbdə sinif müəllimi Aydan Baxışovanın təşkilatçılığı və kitabxana müdiri Qönçə xanım Ocaqverdiyevanın təşəbbüsü ilə 4 A sinif şagirdlərinin maraqlı sinif saatında qonaq olduq.

Yeni il tətili günlərində oxuduqları kitabların müzakirəsinə həsr olunmuş bu sinif saatı elə məktəbin kitabxanasında da baş tutdu. Hər kəs oxuduğunu paylaşırdı. Şagirdlər çox aktiv idilər.

Sinif saatında iştirak edən məktəbin direktoru Könül xanım Həsənova cəmiyyətin dünyagörüşünun formalaşmasında mütaliənin rolundan danışdı.Həmçinin o, belə mövzuda keçirilən sinif saatlarının çox faydalı olduğunu vurğuladı.

Qeyd edək ki, "Kitab sandıq-mütaliə isə onun açarıdır "adlı belə layihə-tədbirlər məktəb kitabxanası tərəfindən mütəmadi olaraq müxtəlif siniflər ilə təşkil olunur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi