L.E.A.R.N. adlı Beynəlxalq e-Twinning layihəsi

Xətai rayonu 27 nömrəli tam orta məktəbin tarix müəllimi Sevda Novruzova və rəhbərlik etdiyi 7 B sinif şagirdləri dekabr ayından etibarən başlayan L.E.A.R.N. adlı Beynəlxalq e-Twinning layihəsində fəal iştirakçıdırlar. Projedə ümumilikdə Azərbaycan, Türkiyə, Fransa və İtaliyadan olmaqla 13 müəllim və 85 şagird iştirak edir. Layihənin əsas məqsədi oyun əsaslı öyrənmə və ingilis dili bacarıqlarının inkişaf etdirilməsidir. Layihənin dekabr ayında başlayıb, mart ayında yekunlaşması planlaşdırılır. Bu müddət ərzində müxtəlif veb 2.0 alətlərin tanıdılması, internet təhlükəsizliyi haqqında məlumat, bütün məktəblilərin iştirakı ilə ortaq məhsul hazırlamaq planlaşdırılmışdır.

Bu gün baş tutan online konfransdan görüntüləri sizə təqdim edirik.

Bütün layihə iştirakçılarına uğur arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi