“Hekayəni paylaş” (“Share your story”)

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Hekayəni paylaş” (“Share your story”) videotəqdimat müsabiqəsində 8 ci sinif şagirdlərimiz Fuad Həsənzadə və Nəzrin Hacıyeva uğurlu çıxışlarına görə təşəkkürnaməyə layiq görülmüşlər. Müsabiqədə BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin Vlll-Xl sinif şagirdləri iştirak etmişlər. Qaliblərə BŞTİ tərəfindən diplomlar veriləcək. Şagirdlərimizi təbrik edirik.