Asudə vaxtımızı səmərəli keçiririk.
Istirahət günlərində Xətai rayonu 27 saylı tam orta məktəbin 5-6 sinif şagirdləri asudə vaxtı səmərəli keçirmək üçün N.Gəncəvinin “Sirlər xəzinəsi”poemasının motivləri əsasında hazırlanmış “Xeyir və Şər”tamaşasına baxmaq üçün Gənc Tamaşaçılar Teatrına yollandılar.Tədbirin məqsədi əsəri oxuduqdan və tamaşaya baxdıqdan sonra onun müzakirəsini keçirmək idi.Tamaşa şagirdlərin çox xoşuna gəldi.Onlar teatrdan böyük təəssüratla ayrıldılar.Qayıtdıqdan sonra şagirdlərimiz böyük həvəslə dahi Nizami irsinin dərinliyinə vardılar,çıxış edərək Xeyirin Şər üzərində qələbəsini müzakirə etdilər,alqışladılar. Ümumiyyətlə,şagirdlərdə mütaliə vərdişlərinin aşılanmasının daha bir maraqlı tərəfi də odur ki,uşaqlar əsəri oxuyur,səhnə versiyasına baxır,sonra müzakirələr keçirir,esse yazır,təqdimatlar hazırlayirlar.Bu da onların mütaliə mədəniyyətinin formalaşmasında böyük təkan verir.