"Riyaziyyat elmlərin şahıdır."
Bu yaxınlarda Xətai rayonu 27 saylı tam orta məktədə çox maraqlı bir “ Riyaziyyat yarışması” keçirildi.Tədbirin özəlliyi adət etdiyimizdən fərqli olmasında idi.Yarışmada 6b,6c,6f sinifləri 3 komandada iştirak edirdilər.Ancaq maraqlı burası idi ki,yarışma interaktiv keçirilirdi.”Pifaqor”,”Evklid” və “Tusi” komandaları ilə bərabər zalda oturan riyaiyyat həvəskarları da bu yarışmaya qoşulmaq imkanı əldə etmişdilər.Komandalara verilən suallara iştirakçılar da cavab taparaq,yarışın qaliblərinə çevrilmək şansı əldə etdilər. Sonda dostluq qalib gəldi.Hər üç sinfi təmsil edən komandalar yüksək bilik və bacarıq nümayiş etdirdilər.Qalib komandalarla yanaşı zalda əyləşən şagirdlər də fəxri fərman,diplom və qiymətli hədiyyələrlə mükafatlandırıldılar.Tək-tək yarışmada isə ən çox bal toplayan 6c sinif şagirdi Nurlan Bayramov qalib elan olundu. Tədbirin araya ərsəyə gəlməsində xüsusi əməyi olan riyaziyyat müəllimi Yeganə Məhəmmədova və münsiflər heyəti söz alaraq,yarış iştirakçılarını təbrik etdilər,onlara uğurlar arzuladılar.