Xətai rayonu 27 nömrəli tam orta məktəbdə OCEP Layihəsi çərçivəsində növbəti tədbir keçirilmişdir.

Məktəbin ingilis dili müəllimi Nailə Bağırova və texnologiya müəllimi Zülfiyyə Qafarovanın təşkilatçılığı ilə "Azərbaycanın və İsveçrənin milli mətbəxi " mövzusunda dərs nümayiş etdirilib. 8 F sinif şagirdləri həm İsveçrənin, həm də Azərbaycan mətbəxinin dadlı təamlarından, adət-ənənələrindən, şirniyatlarından , mədəniyyətindən danışıblar. Şagirdlərimiz həmçinin hər iki ölkənin geyimlərini,  rəsmlərini , bayraq və gerbini, yeməkləri haqqında məlumatları şəkillər vasitəsilə nümayiş etdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi