8a sinif şagirdi Rüstəm Zaloğlu

Müasir dövrümüzün tələblərinə uyğun olaraq, indi hər bir sahədə daim irəliləyiş, yenilik tələb olunur. Məhz İnformatika fənni də yenilik, innovativlik baxımından ən öndə gedənlərdən biridir. Daim irəliyə, yeniliyə can atan, mənim fikirlərimin gerçəkləşməsini həyata keçirən belə şagirdlərdən biri də məktəbimizin 8a sinif şagirdi Rüstəm Zaloğludur. O, 2019-2021-ci illər ərzində həm Scratch, həm də Google SkeatchUp proqramı üzrə 3D modelləşdirmə sahəsində nailiyyətlər qazanmış, yüksək nəticələr göstərərək, dəfələrlə Sertifikatlar əldə etməyə nail olmuşdur.Rüstəmlə fəxr edir, onu bu uğurlarına görə təbrik edirik! Nümunəvi davranışı ilə də müəllimlərinin rəğbətini qazanmış Rüstəm tutduğu bu yolda həmişə öz üzərində çalışaraq, növbəti uğurlara imza atmağı qarşısına məqsəd qoymuşdur. Yolun daim açıq olsun, gələcəkdə daha yeni bol-bol uğurlarınla qoşa addımlayasan, fəxrimiz Rüstəm!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi