Uşaq ədəbiyyatının istedadlı tədqiqatçısı kimi tanınmış görkəmli alim,bu yaxınlarda Prezident təqaüdünə layiq görülmüş,ömrünün 80-ci baharını yaşayan Zahid Xəlil məktəblilərin görüşünə gəlmişdi.

Xətai rayonu 27 nömrəli tam orta məktəbdə həmin gün bir başqa abu-hava,bir ayrı canlanma var idi.Azərbaycan ədəbi-mədəni mühitində təkcə şair, nasir kimi yox,həm də uşaq ədəbiyyatının istedadlı tədqiqatçısı kimi tanınmış görkəmli alim,bu yaxınlarda Prezident təqaüdünə layiq görülmüş,ömrünün 80-ci baharını yaşayan Zahid Xəlil məktəblilərin görüşünə gəlmişdi.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Könül xanım Həsənova Zahid Xəlilin müəllim, alim, yazıçı, şair kimi milli ədəbiyyatımıza hərtərəfli xidmət edib və bu gün də xidmətini yüksək məhsuldarlıqla davam etdirməsindən söhbət açdı. Xüsusən Vətən müharibəsi dövründə Zahid Xəlil yaradıcılığında xalqımızın böyük qələbə dastanını uşaqlarımıza tərənnüm edən “Dəmir yumruq dastanı” kimi möhtəşəm əsərdən danışdı.

Bədii hissədə şagirdlər ədibin yaradıcılığından nümunələr səsləndirib, mahnılar oxudular, ədəbi kompozisiyalar nümayiş etdirdilər.Görkəmli şairimiz uşaqlarin səsləndirdiyi sualları cavablandırdı.

Sonda Zahid Xəlil onun yaradıcılığına göstərilən diqqətə görə məktəb rəhbərliyinə və şagirdlərə təşəkkürünü bildirdi.Şagirdlərlə birgə xatirə şəkli çəkdirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi