Xətai rayonu 27 nömrəli tam orta məktəbdə Beynəlxalq Uşaq Hüquqlarına həsr olunmuş tədbir keçirilmişdir .
Tədbirdə müəllimlər və şagirdlərlə yanaşı qonaq qismində Xətai rayonu İcra hakimiyyətinin şöbə müdiri Pənah İmanov,Xətai rayonu Qeydiyyat şöbəsinin müdiri Rəna xanim və Rayon Gənclər və İdman İdarəsinin müdiri Əfqan müəllim də iştirak etdi. Tədbirə həmçinin valideynlər də dəvət olunmuşdu. Məktəbin direktoru Könül xanım Həsənova çıxış edərək şagirdlərin hüquq və vəzifələri haqqında məlumat verdi.Pənah müəllim də öz növbəsində şagird,valideyn və məktəb üçbucağının önəmli faktor olduğunu vurğuladı.Tədbirin sonunda hüquqi müstəvidə şagirdləri və valideynləri maraqlandıran suallara cavab verildi.