Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair maarifləndirmə tədbirləri
Xətai rayonu 27 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 71s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq,yeniyetmələr və gənclər arasında təhlükəsiz reproduktiv sağlamlıq davranışlarının və sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması məqsədilə mütəmadi olaraq maarifləndirmə tədbirləri keçirilir.