"Təbiəti qoruyanlar" adlı layihə
Xətai rayonu 27 nömrəli tam orta məktəbdə şagirdlərin ekoloji maarifləndirilməsi, yaradıcı uşaqlarin aşkara çıxarılması və tədqiqatçıliq bacarıqlarının artırılması üçün profilaktik söhbətlər aparılır. "Təbiəti qoruyanlar" adlı layihənin Tədbirlər Planına uyğun olaraq şagirdlərimiz qış mövsümündə ağaclara qonan quşların ac qalmaması üçün yuvalar düzəltmiş,onları ağaclara yerləşdirmişlər.