6 və 7-ci sinif şagirdləri ilə "Şagird-şagird münasibətlərində yarana biləcək problemlər"lə bağlı maarifləndirici söhbətlər.
Xətai rayonu 27 nömrəli tam orta məktəbin rəhbərliyinin və məktəbin psixoloqu Şəbnəm Hüseynovanın iştirakı ilə 6 və 7-ci sinif şagirdləri ilə "Şagird-şagird münasibətlərində yarana biləcək problemlər"lə bağlı maarifləndirici söhbətlər aparılıb.Məktəbimizin direktoru Könül Həsənova şagirdlərə öz tövsiyyələrini bildirib ,belə halların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görülüb.Sonda şagirdlərə psixoloq Şəbnəm Hüseynova tərəfindən tapşırıqlar verilib,və hər kəs öz yanında əyləşən şagirdlərə xoş söz ünvanlayıb.