“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda unudulmaz bir gün
Xətai rayonundakı 27 saylı tam orta məktəbin şagirdləri müəllimləri Aynur Abdullayeva,Nərmin Abdullayeva,Sevda Qasımova ilə birlikdə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu ərazisində edilən "İrs günləri" festivalında iştirak etdilər. Ölkəmizdə 18 aprel-Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün geniş şəkildə qeyd edildi. “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu ərazisində Lahıc Dövlət tarix-mədəniyyət Qoruğunun təqdimatı bu bölgənin mədəniyyət nümunələri ilə yaxından tanış olmaq imkanı verir. Təqdimat zamanı sənətkarlıq mərkəzi olan Lahıcın, misgərllik, xalçaçılıq, zərgərlik, naqqaşlıq və digər maddi-mədəniyyət, həmçinin sənətkarlıq nümunələri, yerli məhsullardan hazırlanmış milli təamlar nümayiş olundu.Şagirdlərimiz açıq səma altında təşkil olunmuş muzeyin ərazisini gəzdilər,Onlar Həmçinin festifalda iştirak edərək canlı canlı dulusçuların,nəqqaşların və xalçaçıların işləri ilə tanış oldular,onlarla birlikdə bu qədim sənət əsərlərinin araya ərsəyə gəlməsində bilvasitə iştirak etdilər.Ekskursiyadan böyük zövq alan uşaqlar öz təəssüratlarını bizimlə bölüşdülər.