“Mənim gündəliyim” adlı oxu və yaradıcılıq müsabiqəsi
Xətai rayonu 27 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 11.02.2022-ci il tarixli F-61 nömrəli əmrinə əsasən keçirilən “Mənim gündəliyim” adlı oxu və yaradıcılıq müsabiqəsinin məktəb mərhələsinə yekun vuruldu.Bu münasibətlə layihənin məktəb turunda seçilən şagirdlərlə məktəb rəhbərliyinin görüşü təşkil olundu.
Çıxış üçün söz kitabxana müdiri Qönçə xanım Ocaqverdiyevaya verildi. O tədbirin mahiyyətini vurğuladı. Şagirdlər layihə barədə,yazdıqları gündəlik barədə təəssüratlarını bölüşdülər.
Sonra məktəbin direktoru Könül xanım Həsənova çıxış edərək qalib şagirdləri təbrik etdi, onlara növbəti mərhələlərdə uğurlar arzuladı.