Sinifdənxaric oxu-mütaliənin bir qolu
Ümumtəhsil məktəb şagirdlərinin mütaliə qabiliyyətinin inkişaf etdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı Azərbaycan Respublikasının təhsil naziri cənab Mikayıl Cabbarovun əmrinə əsasən 27 №-li tam orta məktəbdə də silsilə tədbirlər keçirilir.Aprelin 10-da 7-ci sinif şagirdləri ana dili və ədəbiyyat müəllimi S.Novruzova ilə birlikdə S,S.Axundovun "Qorxulu nağıllar" silsiləsindən "Əşrəf","Abbas və Zeynəb","Nurəddin" hekayələrinin müzakirəsini keçiriblər.Görüşdə məktəb rəhbərliyi, bir qrup müəllim və şagirdlər iştirak edib. Ədəbiyyat müəllimi S.Novruzova yazıçının həyat və yaradıcılığı ilə,hekayələrin qəhərmanları ilə bağlı şagirdlərlə sual-cavab aparıb, yazıçının yaradıcılığından qısa məlumatları şagirdlərin nəzərinə çatdırıb.Şagirdlər tədbirdə maraqlı təqdimatlarla çıxış edib,hazırlqdıqları divar qəzetləri və esseləri nümayiş etdirdilər.