Xətai rayonu 27 nömrəli tam orta məktəbdə 7 C sinif şagirdi Aytac Mirzəyevanın "Oralarda duman var" adlı kitabının təqdimatı keçirildi.

Tədbirdə giriş sözü ilə çıxış edən məktəbin direktoru Könül xanım Həsənova Aytacı təbrik etdi,ona daha böyük yaradıcılıq uğurları arzu etdi. Xocalı hadisələrindən bəhs edilən əsərin yaranması haqqında fikirlərini bölüşən Aytac ədəbiyyatı ona sevdirən və yaradiciligina dəstək olan Azərbaycan dili və ədəbiyyatı müəllimi Dilavər Rəşidovanin zəhmətini xüsusi vurğuladı. Məktəbli dostlarının da mütaliəsi üçün kitabxanaya,həmçinin iştirakçılara təqdim olunan Aytacin bu ilk uğuru şagirdlərin böyük marağina səbəb oldu.

Şagirdlər üçün də motivasiya olan bugünkü təqdimat mərasimi hamı üçün yaddaqalan oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi