Xətai rayonu 27 nömrəli tam orta məktəbin tarix müəllimi Aytən Cəyiyevanın təşkilatçılığı ilə tarixə "Dördgünlük müharibə” adı ilə düşən Aprel döyüşlərinin ildönümünə həsr olunmuş breyn-rinq keçirildi.

5-ci sinif şagirdlərindən təşkil olunmuş "Lələtəpə","Şuşa" və "Quba" komandaları maraqlı,ətraflı dolğun bilik nümayiş etdirərək bir daha sübut etdilər ki,Şəhidlər bizim həm qürur yerimiz, kədərimiz, tariximiz, həm də qalibiyyətimizdir.
"Vətən sağ olsun”, - deyib balasını torpağa əmanət edən, övladının tabutunun üzərindəki bayrağı qoxlayıb sanki qoxusunu ondan alan analar, atalar... Biz sizin qarşınızda baş əyirik!