Xətai rayonu 27 nömrəli tam orta məktəbin 9 C sinfində tarix müəllimi Sevda Novruzovanın təşkilatçılığı ilə keçirilən nümunəvi dərs 31 Mart Azərbaycanlıların soyqırımı gününə həsr olundu.

  Şagirdlər Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti haqqında tarixi məlumatlar paylaşdılar.Onlarin araşdırmalarına görə bu soyqırım Bakı şəhəri ilə məhdudlaşmayıb. Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetiriblər. Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olub. 
  Şagirdlərimiz hazırladıqları təqdimatlarda tariximizin qan yaddaşını
heç vaxt unutmayacaqlarını vurğuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi