27 nömrəli tam orta məktəbdə "Bahar çələngi" layihəsi çərçivəsində maraqlı tədbirlər davam edir.
5 ç sinif rəhbəri Gülnarə Hacıyevanın təşkilatçılığı ilə keçirilən sinif saatı Tədbirlər Planına əsasən kulinariya mövzusunda idi.Sinif bütünlüklə Novruz ab-havasında idi.Balaca beşincilər sevimli müəllimləri Gülnarə Yaqubovna ilə birlikdə öz əlləri ilə Novruzun ən dadlı atributlarından olan şəkərbura hazırladılar,xonçalar bəzədilər.5 Ç sinif şagirdi Hacı Leyla Eldar qızı əl işləri,milli atributların hazırlanmasında və təqdim edilməsində xüsusi fəallıq nümayiş etdirdi.