"Sağlam qidalanma "mövzusunda maraqlı tədbir

Xətai rayonu 27 nömrəli tam orta məktəbdə “5 mart - Bədən Tərbiyəsi və İdman Günü” ərəfəsində "İdman həftəsi" layihəsinin proqramına uyğun olaraq sinif rəhbəri Zülfiyyə Qafarova və 7f sinif şagirdləri "Sağlam qidalanma "mövzusunda maraqlı tədbir keçirdilər.Şagirdlər özlərinin hazırladıqları təqdimatlarla çıxış etdilər.Şagirdlərdən Amir Xəzriyev,Suleyman Cəbrayılov və Əli Mövsümov idmançı olaraq duzgun qidalanma,sağlam həyat tərzi barədə öz fikirlərini bölüşdülər.
Məktəbin direktoru Könül xanım Həsənova, tərbiyə işləri üzrə direktor müavini Arzu Ibrahimova və tibb işçilərinin də iştirak etdiyi faydalı məlumatlarla zəngin olan tədbir çox maraqlı keçdi.