1 Mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr edilmiş maarifləndirici tədbir

Xətai rayonu 27 nömrəli tam orta məktəbdə 1 Mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr edilmiş maarifləndirici tədbir keçirildi. Məktəbin GÇQH müəllimi Cavanşir Səfərəliyev tədbiri açıq elan etdi.O, şagirdlərə mülki müdafiənin əhəmiyyəti, vəzifələri, əhalinin fövqəladə hallara hazır olmasının yolları haqqında ümumi məlumat verdi,fövqəladə hallarda xilasetmə işlərinə aid olan ilk tibbi yardım haqqında danışdı.Sonda Cavanşir müəllim şagirdlərin suallarını cavablandırdı.