7d sinif şagirdi Tamerlan Yaqubovun uğuru

Xətai rayonu 27 nömrəli tam orta məktəbin 7d sinif şagirdi Tamerlan Yaqubov 26 Fevral-Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş Taekvondo üzrə yeniyetmələr arasında rayon açıq birinciliyində finala çıxaraq I yerə layiq görülüb.
Tamerlanı məktəb rəhbərliyi və pedaqoji kollektivi adından təbrik edir,ona daha böyük uğurlar arzulayırıq.