"Tariximizi unutmadiq,unutdurmarıq!"adlı ədəbi-bədii kompozisiya

Xətai rayonu 27 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planına əsasən Xocalı soyqırımının otuzuncu ildönümünə həsr olunmuş həftə "Tariximizi unutmadiq,unutdurmarıq!"adlı ədəbi-bədii kompozisiya ilə yekunlaşdı.
Tədbirə məktəbimizin məzunu Xocalı hadisələrində igidlik göstərərək canından keçən Milli Qəhrəman Hikmət Nəzərlinin yaxınları da dəvət olunmuşdu.
Məktəbin direktoru Könül xanım Həsənova çıxış edərək şagirdlərə Xocalı faciəsinin qanlı səhifələri haqqında məlumat verdi.Hikmət Nəzərlinin bacısı qardaşı haqqında xatirələrdən danışdı,məktəb rəhbərliyinə dəvətə görə təşəkkür etdi.Şagirdlər şeirlər söylədi,musiqilər səsləndi.