Siniflərarası keçirilən yarış.

Xətai rayonu 27 nömrəli tam orta məktəbdə Xocali faciəsinin otuzuncu ildönümü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı”na uyğun olaraq silsilə tədbirlər həyata keçirilir.

Məktəbin fiziki tərbiyə müəllimi Müşfiq Abdullayevin təşkilatçılığı ilə Milli Qəhrəman, Xocalı soyqırımı zamanı qəhrəmanlıq nümunəsi göstərərək şəhid olan məktəbimizin məzunu Hikmət Nəzərlinin xatirəsinə həsr olunmuş siniflər arasi voleybol turniri keçirildi.

VIII-IX-X sinif şagirdlərinin iştirakı ilə keçirilən yarış Azərbaycan Dövlət Himninin səslənməsi ilə başlandı və Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Turnirin sonunda mükafatlandırma mərasimi keçirildi.

10d sinfinin komandası I yerə,8e komandası II yerə,8d komandası III yerə layiq görüldü.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi