"Qırmızı qərənfillərdən xarı bülbüllərə qədər uzanan şanlı Zəfər yolu"

19 yanvar 2022-ci il tarixdə Xətai rayonu 27 nömrəli tam orta məktəbin akt zalındaTəhsil Nazirinin müvafiq əmrinə və Tədbirlər Planına uyğun olaraq, 20 Yanvar faciəsinin 32-ci il dönümü ilə əlaqədar "Qırmızı qərənfillərdən xarı bülbülə qədər uzanan şanlı Zəfər yolu"adlı tədbir keçirildi. Tədbirdə 20 Yanvara aid video roliklər göstərildi, şeirlər deyildi, həmçinin şagirdlərimizin əl işlərindən ibarət sərgi nümayiş olundu.
Məktəbin direktoru Könül xanım Həsənova çıxış edərək,20 Yanvar hadisələrinin indiki ərazi bütövlüyümüzün bərpası və misilsiz qələbəmizdə əvəzsiz rolunu bir daha vurğuladı.Tədbirin sonunda "Məktəblinin dostu " layihəsinin təşəbbüsü ilə rəsm işləri ilə fərqlənən 10 şagirdə sertifikatlar təqdim olundu.