" Bizim böyük Qələbəmiz " adlı kitabın təqdimatı.

Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi ilə birgə hazırlanan və azyaşlı uşaqlar üçün nəzərdə tutulan Vətən müharibəsində qazanılan Zəfərə və müdrik sərkərdəyə həsr edilən “Bizim böyük Qələbəmiz” adlı kitabın təqdimatı keçirilib. Milli Azərbaycan Tarixi Muzeyində keçirilən təqdimat mərasimində Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəhbər şəxsləri və nümayəndələri, müharibə iştirakçıları, məktəb direktorları ,şagird və könüllülər iştirak ediblər.Məktəbimizin direktoru , tarix müəllimi və şagirdlərimiz də tədbirdə iştirak ediblər . 
İlk öncə muzeyin foyesində 27 nömrəli məktəbin şagirdləri tərəfindən hazırlanan kompozisiya ilə tanış olunub.  
Təqdimat mərasimində məktəbimizi təmsil edən  şagirdlərimizin  canlandırdıqlarl tarixi şəxsiyyətlərin obrazları iştirakçılar tərəfindən rəğbətlə qarşılandı.
https://veteninfo.az/azyasli-usaqlar-ucun-qarabag-muharibesine-hesr-olunan-yeni-kitabin-teqdimati-kecirilib

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi