Şagirdlərimiz Təhsil muzeyində
Bu gün Xətai rayonu 27 saylı tam orta məktəbin bir qrup şagirdləri Təhsil muzeyinə ekskursiyaya getmişlər.Ekskursiya Respublika Gənc Turistlər və Diyarşünaslıq mərkəzinin təşəbbüsü ilə təşkil olunmuşdu.Mərkəzin "Ədəbi-diyarşünaslıq"dərnəyinin rəhbəri Sevda Qasımova və Vç sinfinin şagirdləri sinif rəhbəri Zülfiyyə Qafarova ilə birlikdə ekskursiyadan böyük təəssüratlarla qayıtdılar. Xalq Təhsili muzeyində Azərbaycanda ən qədim zamanlardan başlayaraq müasir dövrə qədər pedaqoji fikrin, elm və təhsilin inkişaf tarixini əks etdirən sənəd, material və fotoşəkillər, nadir dərs vəsaiti və ləvazimatlar, dərslik və proqramlar, tədris prosesində istifadə edilən texniki və əyani vəsaitlər, şagird, tələbə və müəllimlərin əl işləri, albomlar, maketlər, hədiyyələr, məktəbəqədər tərbiyə müəssisələrinin iş təcrübəsindən nümunələr və s. nümayiş etdirilir.Şagirdlər muzeydə nümayiş olunan eksponatlara baxdılar,təhsilimizin tarixi və inkişafı haqqında maraqlı məlumatlar aldılar.