“Kültürüm və mən” layihəsi

Xətai rayonu 27 nömrəli tam orta məktəbdə 25.12.2021-ci il tarixində məktəbimizin tarix müəllimi Sevda Novruzova və Türkiyənin Antakya bölgəsinin Şehit İlker Uylaş İlkokulu müəllimi Sevcan Eşiyok müəllimin təşkilatçılığı ilə Zoom üzərindən online görüş təşkil edildi. 6B sinif sagirdlərinin iştirakı ilə keçirilən görüşdə hər iki məktəbin layihə iştirakçısı olan şagirdlərinin təqdimatında şeirlər səsləndirildi, milli-mənəvi dəyərlərimizi əks etdirən təqdimatlar nümayiş etdirildi.

“Kültürüm və mən” layihəsi keçmişlə gələcək arasında əlaqə yaratmağı hədəfləyən bir layihədir.

Layihənin məqsədi şagirdlərə sadə fəaliyyətlər vasitəsilə adət-ənənələrin və mədəni irsin əhəmiyyətini dərk etmək imkanı vermək, ənənəvi mədəni dəyərlərimizi tanımaq,gələcəyə daha inamlı addımlarla irəliləməkdir.Layihə müddətində şagirdlər müxtəlif əl işləri, həmçinin layihə iştirakçısı olan ölkələrin -Türkiyə və Azərbaycan tarixini, milli-mənəvi dəyərlərini əks etdirən təqdimatlar hazırlayırlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi