Reproduktiv sağlamlıq məsələlərinə dair seminar keçirildi
Bu gün Xətai rayonu 27 saylı orta məktəbdə Təhsil Nazirliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, “Ümidli gələcək” Gənclər Təşkilatının birgə layihəsi olan "Reproduktiv sağlamlığın tədrisi" proqramı çərçivəsində hazırlanan dərs və seminar təşkil olunmuşdu.Məktəbin akt zalında təşkil olunmuş seminarda VI və VII sinif şagirdləri,30-a yaxın valideyn iştirak etdi.Dərslərə məktəb psixoloqu və məktəbin tibb personalı da qatıldı.Seminarları "Reproduktiv sağlamlığın tədrisi" proqramı çərçivəsində hazırlanan müəllimlər tədris etdi.Proqramın məqsədi gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, habelə gələcəkdə sağlam ailə qurması üçün uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərini genişləndirməkdir. Reproduktiv sağlamlıq üzrə bilik və bacarıqlar məktəblilərə sanitar-gigiyenik qaydalara əməl etməyə, hər cür zərərli vərdişlərdən uzaq olmağa imkan verir.