Şagirdlərimiz dərsdən sonra
Xətai rayonu 27 nömrəli tam orta məktəbdə 2021-2022 ci tədris ili üçün tərtib olunmuş Fəaliyyət planına uyğun olaraq məktəbdənkənar fəaliyyətin,dərnək şəbəkəsinin genişləndirilməsi və tərbiyə işinin təşkili istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.Mütəmadi olaraq tədrisin keyfiyyətinə təsir edən ekskursiyalar və gəzintilər təşkil olunur.
Bu yaxınlarda Elnarə İsmayılova rəhbərlik etdiyi 8D sinif şagirdləri ilə birlikdə "Əli və Nino"tamaşasına baxmış,"Gənc diyarşünaslıq" dərnəyinin rəhbəri Sevda Qasımova və "Gənc bələdçilər" dərnəyinin rəhbəri Nurtən Beybutova V A sinif şagirdləri ilə Müasir İncəsənət muzeyinə,
4 F sinif müəllimi Vəfa Hüseynova şagirdləri ilə birlikdə İçərişəhər Tarix və Memarlıq qoruğuna ekskursiyaya getmişlər.