Məktəblilər yol hərəkəti qaydalarına dair maarifləndirilir.
27 nömrəli tam orta məktəbdə “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın icrasından irəli gələn məsələlərlə bağlı məktəblilər arasında yol hərəkəti qaydalarını təbliğ etmək və öyrətmək, onları yol qəzalarından qorumaq məqsədilə “Yol hərəkətinin təhlükəsizliyi”, “Yol hərəkəti qaydalarına riayət edək”, “Diqqət uşaqlar!” mövzularında maarifləndirici tədbirlər təşkil edilir. Eləcə də yol nişanlarına aid fotostendlər hazırlanır, məktəblilər arasında rəsm müsabiqələri keçirilir.
https://www.facebook.com/352010328278381/posts/2565134223632636/