27 sentyabr- Anım Günü tədbirlər silsiləsi çərçivəsində Kiçik Akademiya Humanitar bölmə üzvü olaraq məktəbimizin 7 B sinif şagirdləri ilə onlayn görüş
Xətai rayonu 27 nömrəli tam orta məktəbdə 27 sentyabr- Anım Günü tədbirlər silsiləsi çərçivəsində Kiçik Akademiya Humanitar bölmə üzvü olaraq məktəbimizin 7 B sinif şagirdləri ilə onlayn görüş keçirildi. Görüşdə məqsəd məktəblilərə Vətən, onun müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarına qarşı məsuliyyət hissi aşılamaq və şagirdlərin öz hiss və duyğularını bir-birləri ilə paylaşmalarına şərait yaratmaq idi. Görüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Rəsmi hissə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin 44 günlük müharibə iştirakçıları və şəhidlər haqqında çıxışının videoyazısı ilə davam etdi. Daha sonra 44 günlük müharibənin qəhrəmanı olan şəhidlərimiz haqqında videosüjet izləndi, məlumatlar verildi. Ardınca çıxış üçün 7 B sinif şagirdlərinə söz verildi. Şagirdlər II Qarabağ müharibəsi və Anım Günü haqqında öz hiss və duyğularını şəhidlər, şəhid anaları haqqında müxtəlif video təqdimatlarla, poeziya nümunələri və şifahi təqdimatlarla ifadə etdilər.