Peşə təhsili ilə əlaqədar IX siniflərin valideynləri ilə görüş

27 nömrəli tam orta məktəbdə 5 iyul 2021-ci il tarixində Microsoft Teams platforması üzərindən 9 cu siniflərin valideynləri ilə görüş təşkil olundu.
Distant keçirilən görüşdə Rabitə və informasiya texnologiyaları üzrə Bakı Dövlət Peşə təhsili mərkəzinin, Emal sənayesi üzrə Bakı Dövlət Peşə təhsili mərkəzinin, Texnika və texnologiyalar üzrə Bakı Dövlət Peşə təhsili mərkəzinin rəhbərliyi də iştirak etdilər. Onlar peşə təhsili ilə əlaqədar valideynləri maraqlandıran sualları cavablandlrdılar.
Məktəbin direktoru Könül xanım Həsənova yekun sözü ilə çıxış edərək qonaqlara təşəkkürünü bildirdi,eyni zamanda tədbirin mahiyyətinin son dərəcə aktual olduğunu bir daha iştirakların nəzərinə çatdırdı.
Tədbirin keçirilməsində məqsəd bu il peşə təhsili pilləsinin yüksək texniki peşə təhsili səviyyəsinə (subbakalavr dərəcəsi) imtahan vermədən yiyələnmək üçün gənclərin marağının artırılması və bu istiqamətdə onların və valideynlərin maarifləndirilməsindən ibarətdir.