"Kitab tutan əllər "layihəsi
27 nömrəli tam orta məktəbdə "Kitab tutan əllər "layihəsi çərçivəsində ıbtidai siniflərin Azərbaycan bölməsində tətil günlərində oxunması tövsiyyə edilmiş bədii ədəbiyyatların müzakirəsi və təhlili aparıldı. Belə bir layihənin keçirilməsində məqsəd şagirdlərdə oxu vərdişlərini inkişaf etdirmək,kitabın və mütaliənin onların dünyagörüşünün inkişafında böyük və önəmli rol olduğunu bir daha nəzərə çatdırmaqdır.
Məktəb rəhbərliyinin və kitabxana müdirinin iştirakı ilə Məleykə Ələkbərova,Ziyafət Ayvazlı və Şəhla Budaqovanin rəhbərlik etdiyi siniflərdə keçirilən görüşdə şagirdlər oxuduqları əsərləri geniş şəkildə müzakirə etdilər.
Sonda məktəbin direktoru Könül Həsənova layihədə iştirak edən müəllimlərə və şagirdlərə təşəkkür etdi və siniflərə kitab hədiyyə olundu.