Onlayn Pedaqoji Şura, geniş müzakirə, analitik təhlil

12 aprel tarixində Xətai rayonu 27 nömrəli tam  orta məktəbdə “Microsoft Teams” platforması üzərindən onlayn Pedaqoji Şura iclası oldu. İclasın sədri, məktəbin direktoru Könül Həsənova gündəlikdə duran məsələləri elan etdi.
IX siniflərdə zəif oxuyan şagirdlərlə işin təşkili,virtual dərslərdə şagird davamiyyətinə nəzarətin təşkili,sinif jurnallarının yoxlanılmasınin monitorinqi və  cari məsələlərin müzakirəsi keçirildi. 
Həmçinin “Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” TN-nın 16.11.2020-ci il tarixli F-512 nömrəli əmrinə uyğun olaraq Qarabağ Zəfərinin şagirdlərə geniş şəkildə çatdırılması öz əksini tapdı.
    Müzakirə olunan məsələlər barədə Şura üzvləri təkliflər verdi. Məktəb rəhbərlərinin arayışları və Şura üzvlərinin təklifləri nəzərə alınmaqla müvafiq qərarlar qəbul olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi