Qaydalara riayət edək
27 nömrəli tam orta məktəbdə pandemiya şəraitində tədris prosesinin mövcud qayda və təlimatlara uyğun keçirilməsinə nəzarət daim diqqət mərkəzindədir. Gigiyenik qaydalara riayət, nəzarət , məsafə saxlanılması barədə şagirdlərlə mütəmadi maarifləndirici söhbətlər aparılır.
Tibb işçiləri həkim Əliyeva Məhbubə, tibb bacıları Ağayeva Təranə və Məmmədova Dilarənin təşkilatçılığı ilə siniflərdə növbəti dəfə belə təbliğat xarakterlı söhbət aparıldı.