Musiqi festivalının iştirakçısı olan şagirdimiz
Fevralın 19-da Bakı Kitab Mərkəzində suyun səmərəli istifadəsinə və Kür çayının problemlərinə həsr olunmuş məktəb şagirdləri üçün maarifləndirici mühazirə təşkil edilib. Tədbir çərçivəsində "Kür boğçası" tədris vəsaitinin və "Suyu qoruyanlar" komikslər toplusunun təqdimatı keçirilib. Azərbaycan, Gürcü və Ingilis dillərində nəşr olunmuş bu vasitələr ölkəmizin müxtəlif orta məktəblərində paylanacaq. Vasitələr həm rəqəmsal, həm də çap şəklində mövcuddur.
Tədbir BMT İnkişaf Proqramı və Qlobal Ekologiya Fondunun (QEF) Kür II layihəsi, Arts Council Azerbaijan QHT, Baku Book Center və “Simurq” uşaq musiqi festivalının birgə əməkdaşlığın nəticəsində, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə reallaşdırılıb.
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Kür II layihəsinin kommunikasiya üzrə regional menecer Sona Quliyeva apardığı tədbirdə 27 nömrəli tam orta məktəbin 7e sinif şagirdi gənc violonçel ifaçısı Nuray Vəkilova da iştirak edib.
Tədbirin sonunda pianoçu Səidə Tağızadənin rəhbərliyi ilə hər il keçirilən “Simurq” uşaq musiqi festivalının iştirakçıları kiçik konsert proqramı ilə çıxış ediblər. Sonra uşaqlara sertifikatlar təqdim olunub.Nuray qızımız da təltif olunanlar sırasındadır.
BMTİP - QEF Kür II layihəsi ilə www.kura-river.org saytında tanış olmaq olar.
#bakubookcenter #undp #undpazerbaijan #kura_river #река_кура
https://bakubookcenter.az/article/435