Balaca qalibimiz
15-17 yanvar 2021-ci il tarixlərində Mindskills mental arifmetika, sürətli oxuma və yaddaşın inkişafı üzrə onlayn və əyani olimpiadalar təşkil edən irimaştablı, regional, beynəlxalq təşkilat tərəfindən mental arifmetika üzrə onlayn olimpiada keçirildi.
10-dan çox ölkənin (Azərbaycan, Moldova, Rusiya, İzrail, Qazaxıstan, Özbəkistan, ABŞ, Misir, Kanada, Çexiya, Rumıniya və s.) 1000-dən çox iştirakçısı qatılmış bu olimpadada məktəbimizin 1d sinif şagirdi Məmmədxanov Sabir iştirak edərək ikinci yerin qalibi olmuşdur.
Bu münasibətlə bütün kollektiv adından şagirdimizi təbrik edir və balaca qalibimizə uğurlar arzu edirik.