Şairlə görüş
12.02.2021 ci il tarixində 27 nömrəli tam orta məktəbdə mütaliə vərdişlərinin təkmilləşdirilməsi məqsədilə təşkil edilən online tədbirə Azərbaycan yazıçısı, şairi, pedaqoq, filologiya elmləri doktoru, professor Zahid Xəlil dəvət olunmuşdu. Şagirdlərimiz böyük həvəslə yazıçının yaradıcılığı ilə tanış oldular, onları maraqlandıran sulları şairə ünvanlandılar. Həmçinin məktəb rəhbərliyi çıxış edərək şagirdlərimizə mütaliənin nə qədər vacib və əhəmiyyətli olduğunu vurğuladı . Azərbaycanın görkəmli xadimlərini, ziyalılarını tanımaqla yanaşı onlar haqqında daha geniş məlumatlı olmalarının zəruriliyindən danışdı. Online tədbir iştirakçıların diskussiyası ilə daha maraqlı və rəngarəng oldu. Sonda iştirakçı şagirdlər mütaliə edib ən çox sevdikləri ədəbiyyatı paylaşdılar, sinif yoldaşlarına da onu oxumağı tövsiyyə etdilər. Bir neçə şagird sevdiyi ədəbiyyatın qısa məzmunu ilə hamını tanış etdi.