Müsabiqə qalibləri ilə görüş

27 nömrəli tam orta məktəbin rəhbərliyi məktəbin şagirdləri arasında keçirilən “Qarabağ Azərbaycandır” adlı inşa müsabiqəsinin və təqdimat müsabiqəsinin qalibləri və iştirakçıları ilə online görüş keçirmişdir. Həmçinin online görüşdə vətənimizin azadlığı uğrunda gedən Vətən müharibəsində cəsurluqla döyüşən məktəbin informatika müəllimi Elvin Səlimov da iştirak etmişdir. Görüşün əvvəlində məktəbin direktoru Könül Həsənova qalib şagirdləri təbrik etdi və cəmiyyətimizin inkşafında mühüm rol oynayan amillərdən olan gələcəyimizin qurucuları-uşaqların, şagirdlərin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasında belə müsabiqələrin keçirilməsinin vacibliyini vurğuladı. Sonra Elvin Səlimov şagirdlərə öz döyüş yolundan söhbət açdı və şagirdlərimizin şəxsiyyət kimi yetişdirilməsi üçün onlara həyat və fəaliyyəti örnək olan tarixi şəxsiyyətlərimizi ,qəhrəmanlıq göstərən şəhidlərimizi, elm və ictimai xadimlərimizi təbliğ etmənin zəruriliyini qeyd etdi. Online görüş şagirdlərin məktəb heyəti ilə diskussiyası ilə davam etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi