Dünya Azərbaycanlılarının həmrəylik gününə həsr edilmiş dərs.
27 nömrəli tam orta məktəbin rəhbərliyinin ve pedaqoji kollektivin təşəbbüsü ilə 30 dekabrda ilk dərs 1989-cu il hadisələri ilə başlayan və Ulu öndər H.Əliyev tərəfindən 1991-ci ildən əsası qoyulan Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və xalqımızın II Qarabağ müharibəsində vətəndaş həmrəyliyi göstərərək əldə etdiyi parlaq qələbəsinə həsr olundu.2e sinif müəllimi Jalə Mirzəyevanin online açıq dərsində şagirdlərin gözəl çıxışları maraqla qarşılandı. Uşaqlar dunyada yaşayan Azərbaycanlılarin dilindən həmin ölkələrin bayraqlarını nümayiş etdirməklə,təmsil etdikləri ölkənin ana dilində salamlarını çatdırdılar.Məktəbin direktoru Könül xanım Həsənova da online tədbirə qatıldı.O,çıxışinda şagirdləri,müəllimləri və valideynləri möhtəşəm gün münasibətilə təbrik etdi.
Həmin gun həmçinin 3f sinif şagirdləri ilə sinif müəllimi Vəfa Hüseynova,3e sinif şagirdləri ilə sinif müəllimi Aynur Abdullayeva da dərslərini bu möhtəşəm günə həsr etdilər.