Tarixi qələbəmizin tədrisdə əksi

Xətai rayonu 27 saylı tam orta məktəbdə "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" Təhsil Nazirliyinin 16.11.2020-ci il tarixli,F-512 nömrəli Fəaliyyət Planına  uyğun olaraq "Şanlı Zəfər Yolumuz!"mövzusunda dəyirmi masa keçirildi.Müdiriyyət,tarix  müəllimləri və şagirdlərin birgə iştirakı ilə keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanaraq, Azərbaycanın ərazi bütövlüyü  uğrunda həlak olmuş həmvətənlərimiz ,o cümlədən,"Döyüşdə fərqlənməyə görə"medalı ilə təltif olunmuş(ölümündən sonra)məzunumuz  gizir Rüfət Əliyevin ruhları 1 dəqiqəlik sükutla yad olundu.
   Tədbirdə Qarabağın tarixi,Birinci və İkinci Qarabağ müharibələri,Şəhid təhsil işçiləri,Qarabağ abidələri 
mövzuları ətrafında çıxışlar dinlənildi, müzakirələr aparıldı. Həmçinin 
tədbir iştirakçıları  bir birindən  maraqlı videoçarxlar və  slaydlar izlədilər.
   Məktəbin müdür müavinləri Yeganə Məhəmmədova və Arzu İbrahimova  çıxış edərək,Cənab Prezident Ali Baş Komandanın rəhbərliyi altında qələbə ilə  başa çatan 44 günlük Qarabağ savaşının  xalqımızın həyatında bir dönüş nöqtəsi olduğunu bir daha vurğuladılar. 
Sonda məktəbin direktoru 
Həsənova Könül xanım çıxış etdi.O, çıxışında müəllim və şagirdlərə öz təşəkkürünü bildirdi,tarixi qələbə münasibətilə 
toplantı iştirakçılarını təbrik etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi