II SİNİF ŞAGİRDLƏRİNİN SİNİF RƏHBƏRİ ZİYAFƏT AYVAZLI İLƏ BİRGƏ HAZIRLADIĞI "YAŞA AZƏRBAYCAN" ONLİNE TƏDBİRİ

Mən, Ayvazlı Ziyafət ,27 ildir ki, 27 saylı tam orta məktəbdə pedoqoji fəaliyyətlə məşğulam. Bu illər ərzində daim ölkəmiz Azərbaycanın günü-gündən çiçəkləndiyinə şahid olmuşuq.Lakin danılmazdır ki, zaman-zaman ölkəmiz ağrılı-acılı günlər də yaşayıb.

Yenə ardıcıl olaraq körpə fidanlarımı böyütməyə səy göstərdiyim bir zamanda ölkəmiz, bütün dünyanı bürüyən COVİD-19 (koronavirus) pandemiyası ilə sarsıldı. Həmin zamanda ölkəmizin prezidenti İlham Əliyev cənabları xalqımıza “Evdə qalın, sağlam olun” şüarı ilə səsləndi.Biz pedaqoqlar da pedoqoji fəaliyyətimizi onlayn dərslər vasitəsilə davam etdirməyə başladıq.

Həmin an düşündüm ki, tək pedaqoq olaraq deyil, bir vətəndaş olaraq da ölkəmizə əlimdən gələn köməyi əsirgəməməliyəm. Çünki  müəllim şagirdinə təkcə təlim, tərbiyə, savad verməli deyil. Mən də yalnız təhsillə müstəqil Azərbaycanın sağlam gələcəyini yetişdirə bilmərəm.Bizə təhsildən öncə həm fiziki cəhətdən sağlam, həm də sağlam düşüncəli nəsil lazımdır.Bunun üçün mən də sağlamlığımızın keşiyində dayanan həkimlərimizlə çiyin-çiyinə verib, şagirdlərimdə yüksək əhval-ruhiyyə yaratmaq, onları bu psixoloji vəziyyətdən çıxarmağın yollarını düşündüm. Qərara gəldim ki, onları bu emosional vəziyyətdən çıxarmağın ən yaxşı yolu onlara öz əlləri ilə kömək etməkdir.Axı mən onlara anaya, vətənə, millətə hörmət etməyi, sevgi , qayğı göstərməyi aşılamışam.Onlarda olan fərdi qabiliyyəti, bacarığı nəzərə alaraq şagirdlərimi istiqamətləndirdim.Eyni zamanda onların kiçik ürəklərindəki böyük sevgini-Azərbaycan eşqini alovlandırmağa çalışdım.Onlar da öz duyğularını, ürəklərindən keçənləri şeirlər, mahnılar, rəqslər vasitəsilə çatdırmağa çalışdılar.

İndi 2c sinfinin şagirdlərinin qəlbi bir amal altında döyünür.Biz birlikdə güclüyük. Daim var ol ,Yaşa Azərbaycan!

Hörmətlə:2 c sinif müəllimi Ziyafət Ayvazli

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi