Dərs vaxtı 27

27 saylı tam orta məktəbin müəllimləri bütün dünyanı cənginə alan koronavirusla mübarizə çərçivəsində öz təşəbbüsləri və zəhməti ilə çalışırlar ki, məsafəli təhsil proqramı vasitəsilə müxtəlif üsullarla yeni mövzu və tapşırıqlar versinlər ki, şagirdlər dərslərindən geri qalmasınlar, öyrəndiklərini unutmasınlar. Müəllimlərinin əksəriyyəti Zoom və ya digər proqramlarla görüntülü dərs keçir, bəziləri whatsapp qruplarında mövzuları izah edib səs yollayır, videogörüntülü izahlar aparır, bu işdə bütün güclərini səfərbər edirlər. Bu şərəfli yolda müəllimlərimizə uğurlar arzu edirik.

   Qeyd edək ki, hal-hazırda məktəbin rəhbərliyi bu gedən dərs proseslərini mütəmadi izləyir, məsləhətlər verir. Mövcud vəziyyətlə bağlı rəhbərlik bütün müəllimləri, valideyn və şagirdləri daim prezidentimizə dəstək olmağa, onları sağlamlıq naminə hökm sürən karantin rejiminə əməl etməyə çağırır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi