Xocalını unutmayaq, unutdurmayaq!
1992- ci ildən keçən 28 ildə bir an olsun belə bu faciəni, türk olduqları üçün soyqırıma məruz qalan xocalıları unutmadıq ve her zaman da gənc nəslə, şagirdlərimizə yaxın keçmişimizdə başımıza gətirilən müsibətləri, faciənin esas mahiyyətinin iç üzünü açır, həqiqətləri öyrədirik. Bu bizim vətəndaşlıq və vəzifə borcumuzdur. Gənc nəsli vətənpərvər kimi yetişdirmək, tərbiyə etmək üçün ona mənsub olduğu xalqın həqiqi tarixini, dostunu, düşmənini tanıtmalıyıq. Bunu ildə 1, 2 dəfə kompaniya şəklində yox, her gün, hər saat etməliyik. Xüsusi günlərdə isə şəhidlərimiz daha geniş şəkildə yad edilməli, faciəmiz anılmalıdır.
Həmişə olduğu kimi dünən də Xetai r- nu 27N:li məktəbdə 6 "B" sinif şagirdləri böyük bir tədbir keçirdilər.Şagirdlər əvvəlcə Ana fəryadı abidəsini ziyarət etdilər, qərənfillər düzdülər, əsgər marşını oxudular, şuarlar söylədilər. Sonra məktəbdə dəvət olunmuş qonaqların- şəhid ailələrinin, məktəb rəhbərliyi- müəllim kollektivinin, şagirdlərini valideynlərin iştiraki ilə maraqlı bir tədbir keçirildi.Bütün zal uşaqların faciə qurbanlarına həsr olunmuş rəsmləri, qərənfillər, bayraqlarla bəzədilmiş, mərkəzdə əslən Ağdamdan olan, ancaq konüllülər batalyonunda Xocalıda döyüşüb itkin- şəhid olmuş Əsədov Yalçın Asif oğlunun portreti qoyulmuşdu. Yalçının uşaqlıqdan şəhid olduğu ana qədərki həyatının məqamları bütün Xocalı şəhidlərinin ümumiləşmiş obrazı kimi verilirdi. Şagirdlərin yaratdıqları obraz, söylədikləri şeirlər, səsləndirilən mahnılar oturanları ne qədər kövrəltdisə, oxuduqları qələbə ruhlu marş,söylədikləri şuarlar hər kəsdə qələbəyə inam hissini bir daha möhkəmlətdi. Gələn qonaqların, rəhbərliyin, müəllim və valideynlərin çıxışında da bu öz əksini tapdı.
Şəhidlər ölməz, Vətən bölünməz!
Heç kim unudulmur, heç nə yaddan çıxmır!